AZAL-ın Ankarada təcili eniş edən təyyarəsi İstanbula yola düşdü

“Azərbaycan Hava Yolları” aviaşirkətinin J2 8103 nömrəli Bakı-İstanbul reysini yerinə yetirən təyyarəsi Bakı vaxtı ilə saat 11:56-da Ankara şəhərindən Sabiha Gökçen Hava Limanına yola düşüb.

Bu barədə “Azərbaycan Hava Yolları” QSC-nin Mətbuat Xidmətindən məlumat verilib.

Xatırladaq ki, Bakıdan İstanbula uçan təyyarə təyinat məntəqəsində əlverişsiz hava şəraiti ilə əlaqədar yerli vaxtla saat 10:39-da Ankarada eniş etmişdi.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *