Əfqanıstanda güclü zəlzələ olub

Əfqanıstanın cənubunda, Pakistanla sərhədin yaxınlığında 6,0 bal gücündə zəlzələ qeydə alınıb.

Bu barədə Rusiya Elmlər Akademiyasının Vahid Geofizika Xidmətinin Altay-Sayan bölməsi məlumat yayıb.

Məlumata əsasən, qeydə alınan zəlzələnin episentri Pakistanla sərhəddən təxminən 16 kilometr aralıda yerləşib.

Zəlzələnin ocağı 10 kilometr dərinlikdə yerləşib.

Mənbə: Asgsr.ru

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *