Bakıda keçmiş məhkum quldurluğa görə tutulub

Martın 22-də axşam saatlarında paytaxtın Nizami rayonu ərazisində naməlum şəxsin bir nəfərin qoluna kəsici alətlə xəsarət yetirilməsi, eləcə də onun içərisində mobil telefonu və sənədləri olan pulqabısını talaması barədə polisə məlumat daxil olub.

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, Nizami Rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə quldurluq əməlini törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş Akif Şıxəliyev müəyyən olunaraq saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *