“Crocus City Hall”dakı axtarış-xilasetmə işləri yekunlaşıb

“Crocus City Hall”da törədilən terrordan sonra konsert kompleksində aparılan axtarış-xilasetmə işləri yekunlaşıb.

Bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Qeyd olunur ki, 900 kubmetrdən çox dağılmış konstruksiya sökülərək binadan çıxarılıb.

Məlumatda həmçinin qeyd olunur ki, sonrakı işlər mühəndis avadanlıqlarından istifadə etməklə mexaniki üsulla aparılacaq.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *