Azərbaycanda biabırçı mənzərə: İti avtomobilin arxasına bağladı, maşını sürdü – VİDEO

Azərbaycanda sürücü avtomobilin arxasına it bağlayıb.

Bununla bağlı görüntülər sosial şəbəkədə paylaşılıb.

Videodan görünür ki, it VAZ-2106 markalı avtomobilin arxasına bağlanıb. İt hərəkətdə olan avtomobilin arxasınca qaçmaq məcburiyyətində qalıb

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupunun baş inspektoru Mahir Məsimov Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, paylaşılan videogörüntü ilə bağlı araşdırma aparılır:

“Görüntülər Şamaxı rayonunda qeydə alınıb. Avtomobilin sürücüsünün şəxsiyyəti müəyyən edilib. Araşdırmanın nəticəsindən asılı olaraq qanunamüvafiq tədbir görüləcək”.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *