İlon Mask Günəş tutulmasının orbitdən necə göründüyünü göstərdi – VİDEO

“SpaceX”in rəhbəri İlon Mask Günəş tutulması ilə bağlı video dərc edib.

Kadrlarda bu möhtəşəm təbiət hadisəsinin orbitdən necə göründüyü əks olunub.

“Orbitdən tutulmanın görünüşü”, – deyə amerikalı milyarder paylaşımında yazıb.

Xatırladaq ki, 2024-cü il aprelin 8-də bu ilin ilk tam Günəş tutulması baş verib, ümumi faza 4 dəqiqə 28 saniyə davam edib.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *