Gədəbəy sakini Gəncədə bıçaqlanıb

Gəncədə bıçaqlanma hadisəsi olub.

“Report”un Qərb bürosunun məlumatına görə, hadisə şəhərin Məhsəti qəsəbəsində yerləşən evlərin birindən qeydə alınıb.

Bıçaq xəsarəti alan Gədəbəy rayon sakini, 1992-ci il təvəllüdlü E.Abbasov xəstəxanaya yerləşdirilib.

Hadisənin hansı şəraitdə qeydə alındığı hələ məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *