Erməni hərbi həkimlər NATO-nun təlimlərində iştirak edəcəklər

Erməni hərbi həkimlər NATO-nun himayəsi altında Macarıstanda keçiriləcək beynəlxalq təlimlərdə iştirak edəcəklər.

Median.Az Sputnik-Armeniya”ya istinadən xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb.

Qeyd olunub ki, aprelin 30-dan Ermənistan Müdafiə Nazirliyinin hərbi tibb idarəsinin tibbi batalyonu (hərbi səhra hospitalı) Macarıstanın Varpaluta poliqonundadır. Erməni hərbi həkimlər NATO-nun “Vigorous Warrior 2024” adlı təlimində iştirak edəcəklər.

Bu hərbi tibbi təlimdə 32 ölkənin bölmələri və 7 mülki təşkilat iştirak edəcək. Təlimlər mayın 10-dək davam edəcək.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *