Filippin sahillərində 5,9 maqnitudada zəlzələ baş verib

Filippin sahillərində 5,9 maqnitudada zəlzələ baş verib.

Median.Az TASS-a istinadən xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Məlumata görə, yeraltı təkanların episentri 242 min nəfərin yaşadığı Takloban şəhərindən (Leyte adası) 63 kilometr cənub-şərqdə yerləşib. Zəlzələ ocağı 94 kilometr dərinlikdə olub.

İtki və dağıntılar barədə məlumat daxil olmayıb. Sunami təhlükəsi elan edilməyib.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *