Ermənistan Azərbaycan Ordusunun Tavuş istiqamətində atəş açdığı barədə xəbəri təkzib etdi

“Bəzi sosial şəbəkə istifadəçiləri Azərbaycan Silahlı Qüvvələrinin Tavuş istiqamətində Ermənistan ordusunun mövqelərini atəşə tutması barədə məlumatlar yayıblar. Yayılan məlumatlar yalandır və həqiqətə uyğun deyil”.

Bu barədə Ermənistanın Müdafiə Nazirliyindən məlumat verilib.

Ermənistan Müdafiə Nazirliyi ictimaiyyəti qurum tərəfindən açıqlanan rəsmi məlumatlara əsaslanmağa çağırıb.

Mənbə: Ermənistan KİV

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *