Hacıqabulda avtomobil uşağı vuraraq ağır xəsarət yetirib

Hacıqabul rayonunda azyaşlının xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un məlumatına görə, rayon ərazisində avtomobil yolu keçən 2015-ci il təvəllüdlü M.İ.-ni vurub.

Yaralı təcili tibbi yardımın köməyi ilə əvvəlcə Hacıqabul Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Daha sonra o, Bakıda yerləşən xəstəxanaların birinə gətirilib. Müayinə zamanı ona açıq kəllə-beyin travması və bədənin müştərək travması diaqnozları qoyulub.

Hadisənin təfərrüatı araşdırılır.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *