“Qarabağ”ın mükafatlandırılacağı stadion bəlli olub

Azərbaycan Premyer Liqasında 2023/2024 mövsümünün qalibi olan “Qarabağ”ın qızıl medalları XXXVI turun oyunundan sonra təqdim olunacaq.

Təltifetmə mərasimi “Azərsun Arena”da baş tutacaq.

Cari mövsümün son turunda “Araz-Naxçıvan”la üz-üzə gələcək “köhlən atlar” matçdan sonra qızıl medal və kubokla mükafatlandırılacaq.

Naxçıvan təmsilçisi ev sahibi olsa da, qarşılaşma Ağdam klubunun stadionunda keçiriləcək.

Qeyd edək ki, “Araz-Naxçıvan” – “Qarabağ” görüşü mayın 26-da reallaşacaq.
//report