Kameron Rusiyadan Britaniya vətəndaşının azad olunmasını tələb edib

Böyük Britaniyanın xarici işlər naziri Devid Kameron Britaniya vətəndaşı olan Vladimir Kara-Murzanın Rusiya tərəfindən əsassız həbs edildiyini vurğulayaraq rəsmi Moskvadan onun dərhal azadlığa buraxılmasını tələb edib.

Bu barədə o, “X”də yazıb.

“Rusiyanın Vladimir Kara-Murzanın hökmündən verilən apellyasiya şikayətini rədd etməsi rəzalətdir. Britaniya vətəndaşı olan Vladimir heç bir cinayət törətməyib. O, siyasi məhbusdur, Rusiya tərəfindən müharibə əleyhinə çıxış etdiyinə görə saxlanılıb və dərhal azad edilməlidir”,- Baş nazir qeyd edib.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *