Neftçalada üzərində güllə izi olan kəllə sümüyü tapıldı – FOTO

Neftçalada aldığı güllə yarasından öldüyü ehtimal edilən insana aid kəllə sümüyü tapılıb.

Bakupost.az-ın məlumatına görə, skelet Kürün Xəzərə töküldüyü ərazidə – Mayak kəndində aşkarlanıb. Onun üzərində güllə izinin olması diqqətdən yayınmayıb.

Kəllə sümüyü aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.


Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *