Nikolo Zanyolo İtaliya millisindən kənarlaşdırılıb

Hazırda “Aston Villa” klubunda icarə əsasında çıxış edən Nikolo Zanyolo İtaliya millisinin heyətindən kənarlaşdırılıb.

Məlumata görə, İtaliya seçmə komandasının baş məşqçisi Luçano Spalletti Nikolo Zanyolonun zədələnməsinin ardından hücumçunu milli komandanın iştirak ərizəsindən çıxarıb.

“Avro-2024”də çıxış edən İtaliya millisi B qrupunda İspaniya, Xorvatiya və Albaniya seçmələri ilə qarşılaşacaq.

Qeyd edək ki, “Avro-2024” bu il Almaniyada keçiriləcək.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *