Azərbaycanın həndbol millisi Özbəkistandakı turnirdə üçüncü qələbəsini qazanıb

Azərbaycanın qadınlardan ibarət həndbol millisi Özbəkistanın paytaxtı Daşkənddə keçirilən Mərkəzi Asiyanın Açıq Çempionatında üçüncü qələbəsini qazanıb.

Yığma Qazaxıstanın ALMATA klubunu 28:20 hesabı ilə məğlub edib.

Azərbaycan millisi daha əvvəl keçirdiyi iki görüşdə də qələbə qazanıb. Komanda Özbəkistanın ROPSTTM (39:31) və OKMK (30:28) klublarını üstələyib.

Qeyd edək ki, qruplarda ilk iki yeri tutacaq komandalar yarımfinala yüksələcəklər. Turnirə mayın 21-də yekun vurulacaq.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *