Şəmkirdə bir qəsəbə, səkkiz kənddə üç gün qaz olmayacaq

Şəmkir rayonunun bir qəsəbə, səkkiz kəndində təbii qaz təchizatında fasilə yaranıb.

Görülən texniki işlərlə əlaqədar Şəmkir rayonunun “Çinarlı” qazpaylayıcı stansiyasından (QPS) qidalanan Çinarlı qəsəbəsi, Yeni Həyat, Çaparlı, Əliyaqublu, Düzqışlaq, Təzəkənd, Qarabağlar, Yeniyol və Qədimqala kəndlərində qaz təchizatında fasilə yaranıb.

Adıçəkilən ərazilərdə mayın 25-nə qədər qaz olmayacağı bildirilib.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *