Azərbaycanın voleybol millisi dördüncü oyunda da məğlub olub

Azərbaycanın kişi voleybolçulardan ibarət milli komandası Qızıl Avropa Liqasında növbəti oyununu keçirib.

Yığma II turun ikinci matçında Şimali Makedoniya komandası ilə üz-üzə gəlib.

Belçikadakı qarşılaşma rəqibin qələbəsi ilə bitib – 3:0 (25:17, 25:17, 25:18).

Ötən gün meydan sahiblərinə yenilən (0:3) milli Bakıdakı I turda Rumıniya və Ukraynaya da eyni hesabla uduzub. Komanda hazırda sonuncu – 12-ci yerdədir.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *