Bakıda qəza: Beş yaşlı uşaq xəsarət aldı

Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

“Report”un məlumatına görə, hadisə Qaradağ rayonunda qeydə alınıb. İki avtomobilin toqquşması nəticəsində 2019-cu il təvəllüdlü E.Yusifov xəsarət alıb.

Yaralı xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.