27 yaşlı gənc toyuna bir gün qalmış özünü asdı

Qazaxda gənc toyuna bir gün qalmış özünü asıb.

Hadisə rayonun Orta Salahlı kəndində baş verib.

Belə ki, dünən kənd sakini 27 yaşlı Əhliman Omarovun meyiti həyətlərindəki çardaqdan asılı halda tapılıb.

İntiharın səbəbi hələlik müəyyənləşdirilməyib.

Sözügedən şəxsin bu gün toyu olacaqmış.

Faktla bağlı araşdırma aparılır.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *