İtkin düşən Qəbələ sakini Bakıda tapıldı

Mayın 14-də itkin düşən Qəbələ sakini tapılıb.

Median.Az qafqazinfo-ya istinadən xəbər verir ki, rayonun Daşca kənd sakini, 30 yaşlı Hümbətov Elmin Firidun oğlu polis əməkdaşlarının keçirdikləri tədbirlərlə Bakı şəhərində tapılaraq ailəsinə təhvil verilib.

Qeyd edək ki, 1994-cü il təvəllüdlü Elmin Hümbətov yaşadığı ünvandan çıxaraq naməlum istiqamətdə gedib və bir daha geri qayıtmamışdı.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *