Bakıda avtomobil 68 yaşlı qadını vurub

Bakının Binəqədi rayonunda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Biləcəri qəsəbəsində yolu keçən 68 yaşlı Mustafayeva Yelena Qafur qızını avtomobil vurub.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona baş-beyinin əziyi diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *