Azərbaycanın həndbol millisi yoldaşlıq görüşündə qüvvəsini sınayıb

Həndbol üzrə 18 yaşadək oğlanlardan ibarət Azərbaycan millisi təlim-məşq toplanışı çərçivəsində yoldaşlıq görüşü keçirib.

Avropa çempionatının təsnifat mərhələsinə Rusiyanın Həştərxan şəhərində hazırlaşan yığma yoxlama görüşündə yerli komanda ilə qarşılaşıb.

Matç həndbolçularımızın qələbəsi ilə başa çatıb – 36:27.
Qeyd edək ki, Azərbaycan millisinin iyulda Mingəçevirin “Kür” Olimpiya Tədris-İdman Mərkəzində daha bir təlim-məşq toplanışı nəzərdə tutulub.
//report

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *