Livandan İsrailə 40-a yaxın mərmi atılıb

Livandan İsrailin şimal regionlarına 40-a yaxın mərmi atılıb.

Median.Az TASS-a istinadən xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, İsrail ərazisinə 5 şübhəli hava hədəfi buraxılıb.

“Son bir neçə saat ərzində Qaliley və Qolan yüksəkliklərinin ərazilərinə 40-a yaxın mərmi atılıb. Çoxlu sayda mərmi hava hücumundan müdafiə sistemi tərəfindən uğurla ələ keçirilib. Amma bir neçə əraziyə zərbə endirilib. Bu, nəticədə yanğına səbəb olur”, – məlumatda qeyd edilib.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *