Azərbaycanın 3×3 basketbol millisi Fransadakı turnirdə növbəti oyununa çıxacaq

Bu gün qadınlardan ibarət 3×3 basketbol üzrə Azərbaycan millisi Fransanın Klermon-Ferran bölgəsində keçirilən Dünya Qadın Seriyasında 1/4 final mərhələsinin oyununa çıxacaq.

“Report”un məlumatına görə, yığma Fransa ilə üz-üzə gələcək.

Görüş Bakı vaxı ilə saat 22:20-də start götürəcək.

Qeyd edək ki, Raşa Deliçin yetirmələri ilk matçda Filippin üzərində 22:17 hesablı qələbə qazanıb. Millimiz növbəti görüşdə Niderlanda 12:21 hesabı ilə məğlub olsa da, qrup ikincisi kimi adını növbəti mərhələyə yazdırıb.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *