Elektrik lampasını dəyişən qadın cərəyanın qurbanı oldu


İsmayıllıda qadını elektrik cərəyanı vurub.

APA xəbər verir ki, hadisə rayonun Talıstan kəndində baş verib.

Kənd sakini 1977-ci il təvəllüdlü Gövhər Hüseynova yaşadığı evdə elektrik lampasını dəyişərkən lampa əlində partlayıb və xanımı cərəyan vurub. G.Hüseynova hadisə yerində dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *