Vyetnamda yaşayış binasında yanğında 3-ü uşaq olmaqla 4 nəfər ölüb

Vyetnamın paytaxtı Hanoyda çoxmərtəbəli binada baş vermiş yanğında üçü uşaq olmaqla azı dörd nəfər ölüb.

Bu barədə yerli “Vietnam News”a istinadən xəbər verir.

Məlumata görə, yanğın altı mərtəbəli yaşayış binasının dördüncü mərtəbəsində olub.

Yanğın lokallaşdırılıb və iki saat sonra söndürülüb. Xilasedicilər yanğın baş verən ərazinin kəşfiyyatı zamanı ən böyüyü 11 yaşında olan üçü azyaşlı olmaqla dörd nəfərin meyitini aşkar ediblər.

Faktla bağlı araşdırma aparılır.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *