Yaponiya Rusiyaya minik avtomobillərinin tədarükünü 22% azaldıb

May ayında Yaponiya Rusiyaya minik avtomobillərinin tədarükünü ötən ilin eyni dövrü ilə müqayisədə 21,9% azaldıb.

Bunu Yaponiya Maliyyə Nazirliyinin dərc etdiyi statistik məlumat sübut edir.

May ayında Rusiyaya avtomobillər üçün ehtiyat hissələrinin tədarükü 8,3% azalıb, motosikletlərin tədarükü isə 18,1% artıb.

Qeyd edək ki, minik avtomobilləri Yaponiyanın Rusiya Federasiyasına ixracının 65,1%-ni təşkil edir.