Azərbaycanın yeniyetmə şahmatçıları Dünya Kubokunda iştirak edəcək

Azərbaycanın 14 yeniyetmə şahmatçısı iyunun 23-də Gürcüstanın Batumi şəhərində start götürəcək Dünya Kubokuna qatılacaq.

Azərbaycan Şahmat Federasiyasından “Report”a verilən məlumata görə, təmsilçilərimiz yarışa məşqçi Fərid Abbasovun rəhbərliyi altında yollanacaq.

Turnir 8, 10 və 12 yaş qrupları üzrə oğlanlar və qızlar arasında keçiriləcək.

Dünya Kubokuna iyulun 3-də yekun vurulacaq.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *