Binəqədidə yük maşınının vurduğu qadın öldü

Bakının Binəqədi rayonunda piyadanın ölümü ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

Median.Az APA-ya istinadən xəbər verir ki, qəza Binəqədi qəsəbəsində, 179 saylı məktəbin qarşısında qeydə alınıb. İdarəetməni itirən yük maşınının sürücüsü orta yaşlı qadını vuraraq öldürüb.

Faktla bağlı araşdırma aparılır.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *