Tibb Universitetinin professoru vəfat etdi

Azərbaycan Dövlət Tibb Universitetinin (ADTU) professoru dünyasını dəyişib.

Professor Zöhrab Qarayev qəfil vəfat edib.

Qeyd edək ki, Zöhrab İslam oğlu Qarayev 25 mart 1945-ci ildə Laçın rayonunun Minkənd kəndində anadan olub. Azərbaycan Dövlət Tibb Universitetinin professoru, tanınmış alim idi.

Z. Qarayev 2005-ci ildən ADTU-nin ortopedik stomatologiya kafedrasının professoru vəzifəsində çalışıb.

2010-cu ildə Azərbaycan Respublikası Prezidentin sərəncamı ilə “Əməkdar həkim” fəxri adı alıb.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *