Livandan İsrailə 25 raket və 3 PUA atılıb

Livandan İsrailin şimalına 25 raket və 3 pilotsuz uçuş aparatı (PUA) atılıb, qarşı tərəfin döyüşçüləri “Hizbullah” hərəkatının hərbi obyektlərinə zərbələr endirib.

Bu barədə İsrail Müdafiə Ordusunun mətbuat xidməti məlumat yayıb.

“Livandan Qalileya (İsrailin şimalında) doğru atılan 25-ə yaxın raket qeydə alınıb. Zərərçəkənlər barədə məlumat daxil olmayıb, Qalileyanın qərb hissəsindəki binaya ziyan dəyib. İsrailin yanğınsöndürmə xidmətləri hazırda atəş nəticəsində yaranan çoxsaylı yanğınların söndürülməsi üzərində işləyir”, – məlumatda deyilir.

Mətbuat xidməti qeyd edib ki, ölkənin şimalında səslənən sirenlərdən sonra Livandan İsrailin şimal hissəsinə sərhəddən keçən və Qalileya bölgəsinə düşən üç düşmən PUA-sı aşkarlanıb. Zərərçəkənlərin olmadığı bildirilir.
//report