Sumqayıtda yeniyetmələr arasında dava düşüb: İki nəfər bıçaqlanıb

Sumqayıtda yeniyetmələrin mübahisəsi qanla nəticələnib.

APA xəbər verir ki, hadisə “Ceyranbatan bağları” adlanan ərazidə qeydə alınıb.

Sumqayıt şəhər sakini, 2009-cu il təvəllüdlü Elgün Vüsal oğlu Qasımov münaqişə zəminində yaşıdı Əli Faiq oğlu İsmayılova və 2007-ci il təvəllüdlü Rasif Sabit oğlu Manıyevə bıçaqla xəsarətlər yetirib.

Faktla bağlı araşdırma aparılır.