Bakıda kafedə yanğın olub

Bakı şəhərinin Xətai rayonunda yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, rayonda ümumi sahəsi 40 m² olan taxta konstruksiyadan ibarət kafenin yanar konstruksiyaları yanıb.

Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.