Mourinyo İspaniya millisini Avropa çempionatının ən böyük sürprizi adlandırıb

Türkiyənin “Fənərbağça” klubunun baş məşqçisi Joze Mourinyo İspaniya yığmasını Almaniyada təşkil olunan AVRO-2024-ün ən böyük sürprizi adlandırıb.

Portuqaliyalı mütəxəssis bu barədə “Rekord”a danışıb.

J.Mourinyo daha əvvəl Portuqaliya, Fransa və İngiltərə millilərinin favorit olduğunu bildirmişdi.

Qeyd edək ki, İspaniya yığması Avropa çempionatının yarımfinalında bu gün Fransa ilə qarşılaşacaq. Görüş saat 23:00-da başlayacaq.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *