Rusiya ordusunun Kiyevə hücumları nəticəsində ölənlərin sayı 34-ə çatıb

Rusiya ordusunun iyulun 8-də Kiyevə hücumu nəticəsində 34 nəfər həlak olub.

Bu barədə Kiyev meri Vitali Kliçko bildirib.

O, qəza-xilasetmə işlərinin başa çatdığını vurğulayıb

“Təəssüf ki, şəhərin mülki infrastrukturuna düşmən atəşi nəticəsində 34 nəfər, o cümlədən 5 uşaq həlak olub. Bundan əlavə, atəş nəticəsində 121 nəfər, o cümlədən 10 uşaq xəsarət alıb. Xilasedicilərin operativ fəaliyyəti nəticəsində üçü uşaq olmaqla 10 nəfəri xilas etmək mümkün olub”, – deyə o bildirib.

Xatlırladaq ki, Rusiya silahlı qüvvələri bir neçə gün öncə paytaxt Kiyev də daxil, Ukraynanın müxtəlif şəhərlərinə, ümumilikdə 40-dan çox müxtəlif tipli raketlər atıb.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *