Türkiyədən xaricə getmək istəyənlər üçün rüsum artırıldı

Türkiyə hökuməti xaricə çıxış üçün ödəniş məbləğini müəyyən edib. Artıq ölkə xaricinə çıxış rüsumu 150 TL-dən 500 TL-yə qaldırılıb.

Bu barədə Medyascope.tv xəbər yayıb.

Bundan əvvəl ekspertlər rüsumun 1500-3000 lirə arasında olacağını proqnozlaşdırmışdılar.

Qeyd edək ki, Türkiyə qanunlarına görə, vətəndaşlar sərhədi keçmək üçün ödəniş etməlidirlər.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *