Sabah bu ərazilərdə qaz olmayacaq

İyulun 18-də İmişli rayonunda 8 yaşayış məntəqəsinin qaz təchizatı dayandırılacaq.

Median.Az-ın məlumatına görə, “İmişli” QPS-dən qidalanan müxtəlif diametrli Bəhrəmtəpə daşıyıcı qaz xəttində növbədənkənar kipliyin sınağı aparılacaq.

Bununla əlaqədar sabah saat 09:00-dan etibarən işlər başa çatanadək İmişli rayonunun 7 kəndində – Bəhrəmtəpə, Rəsullu, Göbəktava, Şahverdili, Borçalılar, Qaragüvəndikli, Sarxanlı kəndlərində və Bəhrəmtəpə qəsəbəsində (ümumi 4530 abonent) qaz təchizatının dayandırılması planlaşdırılır.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *