Naxçıvanda yararsız ət məhsulları satışdan kənarlaşdırılıb

Naxçıvanda ət satışı məntəqələrində monitorinqlər həyata keçirilib, bir sıra nöqsanlar aşkarlanıb.

“Report”un yerli bürosu xəbər verir ki, monitorinq zamanı sanitar-gigiyenik qaydalara əməl olunmadığı, alət və avadanlıqların təmizlənmədiyi, istifadəyə yararsız ət məhsullarının satışının həyata keçirildiyi, işçilərin ilkin və dövri tibbi müayinədən keçmədiyi və dezinfeksiya işlərinin vaxtında aparılmadığı müəyyən edilib.

Aşkarlanan nöqsanlarla bağlı müvafiq tədbirlərək görülərək yararsız ət məhsulları satışdan kənarlaşdırılıb, fəaliyyət dayandırılaraq icrası məcburi göstərişlər verilib.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *