UEFA Avropa Liqası: “Zirə” – “Şerif” matçında ilk hissə yekunlaşıb – YENİLƏNİB – 2

UEFA Avropa Liqasının I təsnifat mərhələsinin “Zirə” – “Şerif” (Moldova) matçında ilk hissə başa çatıb.

Median.Az xəbər verir ki, “Dalğa Arena”dakı matçda Bakı klubu hesabda öndədir – 1:0.

6-cı dəqiqədə Rafael Utziq fərqlənib.

“Qartallar” görüşün ikinci hissəsini 10 nəfərlə davam etdirəcək. Rəşad Sadıqovun komandasının heyətində 40-cı dəqiqədə Salifu Suma qırmızı vərəqə ilə cəzalandırılıb.

Komandalar arasında Moldovada keçirilən ilk oyunda “Zirə” 1:0 hesabı ilə qalib gəlib.

***

UEFA Avropa Liqasının I təsnifat mərhələsinin “Zirə” – “Şerif” (Moldova) matçında hesab açılıb.

“Report” xəbər verir ki, “Dalğa Arena”dakı matçda Bakı klubu hesabda önə çıxıb.

6-cı dəqiqədə Rafael Utziq fərqlənib.

Komandalar arasında Moldovada keçirilən ilk oyunda “Zirə” 1:0 hesabı ilə qalib gəlib.

20:00
UEFA Avropa Liqasının I təsnifat mərhələsinin “Zirə” – “Şerif” (Moldova) matçı start götürüb.

“Report” xəbər verir ki, qarşılaşma “Dalğa Arena”da keçirilir.

Görüşü qazaxıstanlı Bulat Sariyev idarə edir.

Komandalar arasında Moldovada keçirilən ilk oyunda “Zirə” 1:0 hesabı ilə qalib gəlib.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *