İspaniya 2030-cu il dünya çempionatının keçiriləcəyi oyunların stadionlarını açıqlayıb

Futbol üzrə 2030-cu il dünya çempionatına ev sahibliyi edəcək ölkələrdən biri olan İspaniya Futbol Federasiyası (RFEF) oyunların keçiriləcəyi 11 stadionun adını açıqlayıb.

Median.Az RFEF-in mətbuat xidmətinə istinadən xəbər verir ki, İspaniyada baş tutacaq mundialın oyunları “Anoeta” (San Sebastyan), “Kamp Nou” (Barselona), “Qran Kanariya” (Las-Palmas), Olimpiya stadionu (Sevilya), “Rosaleda” (Malaqa), “Nueva Romareda” (Saraqosa), “Kornelya – El Prat” (Barselona), “Riasor” (La-Korunya), “San-Mames” (Bilbao), “Metropolitano”, “Santyaqo Bernabeu” (Madrid) stadionlarında gerçəkləşəcək.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *