Kiberidman Olimpiadası təsis edildi

Beynəlxalq Olimpiya Komitəsi (BOK) kiberidman növləri üzrə Olimpiya Oyunlarının yaradılması haqqında qərarı təsdiqləyib.

Median.Az sportbox.ru-ya istinadən xəbər verir ki, bu qərar BOK-un Parisdə keçirilən 142-ci sessiyasında yekdilliklə qəbul edilib.

İlk yarışın 2025-ci ildə Səudiyyə Ərəbistanında keçirilməsi planlaşdırılır.

Qeyd edək ki, Beynəlxalq Olimpiya Komitəsinin (BOK) prezidenti Tomas Bax hələ 2023-cü ilin oktyabrında kiberidman üzrə Olimpiada yaratmağı planlaşdırdığını açıqlayıb.

Bu məqsədlə BOK sentyabr ayında Fransa Milli Olimpiya Komitəsinin rəhbəri David Lappartienin sədrliyi ilə kiberidman komissiyası yaradıb.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *