Şəmkirdə 72 yaşlı kişini avtomobil vuraraq öldürüb

Şəmkir rayonunda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

“Report”un Qərb bürosunun məlumatına görə, hadisə Şəmkir şəhərində bankların birinin yaxınlığında qeydə alınıb.

Belə ki, yolu qarşı tərəfə keçmək istəyən 1952-ci il təvəllüdlü Məhəmməd Əzimovu “Opel” markalı avtomobil vurub. Piyada aldığı xəsarətlərdən həyatını itirib.

Faktla bağlı araşdırma aparılır.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *