Lənkəranda itkin düşdüyü hesab olunan kişinin meyiti tapılıb

Lənkəran rayonunda mənzildə kişi meyiti tapılıb.

Meyit Lənkəran rayonunun Liman şəhəri ərazisində aşkarlanıb.

Meyitin 1959-cu il təvəllüdlü Bayraməli Şikar oğlu Nəcəfova aid olduğu məlum olub.

Onun 20 günə yaxındır itkin düşdüyü söylənilir. Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerindədir.

Faktla bağlı araşdırma aparılır.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *