Rusiyada hərbi helikopter qəzaya uğradı: Ölənlər var

Rusiyanın Kaluqa vilayətinin Jizdrinski rayonunda “Mi-28” hərbi helikopteri qəzaya uğrayıb.

Bu barədə ilk olaraq Kaluqa vilayətinin qubernatoru Vladislav Şapşa özünün “Telegram” kanalında məlumat verib.

“Qəza yerində əməliyyat qrupu və xilasedicilər işləyirlər”, – deyə qubernator qeyd edib.

Qısa müddət sonra hadisə barədə Rusiya Müdafiə Nazirliyi (MN) də məlumat yayıb.

“Kaluqa bölgəsində “Mi-28″ vertolyotu qəzaya uğrayıb, ekipaj üzvləri həlak olublar”, – Rusiya MN-nin məlumatında qeyd olunur.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *