Azərbaycanın İnterpol vasitəsilə axtarışa verdiyi terrorçu Rusiyada ələ keçdi

Rusiyada sənəd yoxlanışı zamanı təsadüfən Azərbaycanın İnterpol vasitəsilə axtarışa verdiyi, “Əl-Qaidə” terror təşkilatının üzvü Elxan İbrahimov saxlanılıb.

Bu barədə məlumatı “Mash” “Telegram” kanalı yayıb.

Bildirilir ki, 37 yaşlı şübhəli Moskvanın qərb hissəsində, Miçurin prospektində saxlanılıb. Məlum olub ki, saxlanılan şəxs 2013-cü ildə Suriyaya gedərək “Əl-Qaidə”nin yerli bölməsi olan “Cəbhət ən-Nüsra” qruplaşmasına qoşulub.

2019-cu ildə Bakı məhkəməsi onun həbsinə sanksiya verib, bundan sonra İbrahimov Qazaxıstan vasitəsilə Rusiyaya qaçıb.

Azərbaycanda İbrahimov cinayətkar qrupun təşkili və silahlı dəstələrin yaradılmasında ittiham olunur.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *