Hidayət Heydərovun ikinci mərhələdə potensial rəqibi yarışa buraxılmayıb – SƏBƏB

Paris-2024 Yay Olimpiya Oyunlarında Azərbaycan millisinin cüdoçusu Hidayət Heydərovun ikinci mərhələdə potensial rəqibi Messud Dris yarışa buraxılmayıb.

Buna əlcəzairli idmançının çəki prosesində 73 kq-dan ağır gəlməsi səbəb olub.

Nəticədə onun qarşılaşmalı olduğu israilli Tohar Bitbul döyüşsüz mərhələ adlayıb və 1/8 finalda Hidayətə rəqib olub.

Qeyd edək ki, Olimpiadada cüdo üzrə yarışlar saat 12:00-da başlayacaq.