İyrənc mənzərə: Kolbasadan çıxan əşya ürək bulandırdı – VİDEO

“Nəfis dad” kolbasasından karton çıxdığı iddia edilir.

Bununla bağlı videogörüntü sosial şəbəkədə yayımlanıb.

Məsələ ilə bağlı Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinə (AQTA) sorğu ünvanladıq.

Agentliyin Mətbuat Xidmətindən oxu.az-ın sorğusuna cavab olaraq bildirildi ki, qeyd olunan məsələ qurum tərəfindən nəzarətə götürülüb:

“Sosial şəbəkələrdə yayılan görüntülər əsasında müvafiq araşdırmalara başlanılıb. Araşdırmaların nəticəsi ilə bağlı ətraflı məlumat veriləcək”.