Panama Venesuela ilə diplomatik əlaqələri kəsdi

Panama Prezidenti Xose Raul Mulino Venesuela ilə diplomatik əlaqələrin dayandırıldığını açıqlayıb.

Median.Az TASS-a istinadən xəbər verir ki, bütün akkreditə olunmuş panamalı diplomatlar Bolivar Respublikasını tərk edəcəklər.

“Panama Venesueladakı vəziyyəti müzakirə etmək üçün Amerika Dövlətləri Təşkilatının Daimi Şurasının iclasını tələb edəcək”, – o əlavə edib.

Qeyd edək ki, iyulun 28-da baş tutan seçki ilə Venesuela lideri Nikolas Maduro yenidən prezident seçilib. Lakin müxalifət və bəzi xarici ölkələr Maduronun qələbəsini tanımayıblar.