Livandan İsrail ərazisinə 10 raket atılıb

İsrailin hava hücumundan müdafiə sistemi Livandan atılan 10 raketdən bir neçəsini zərərsizləşdirib.

Median.Az TASS-a istinadən xəbər verir ki, bu barədə İsrail ordusu məlumat yayıb:

“Yuxarı Qaliley bölgəsində hava hücumu xəbərdarlığından sonra Livan ərazisindən atılan 10-a yaxın raketin böyük hissəsi ələ keçirilib, bir mülki vətəndaşın yaralanması barədə məlumat daxil olub”, – açıqlamada bildirilib.

Qeyd edək ki, atılan raketlər nəticəsində bir dinc sakin dünyasını dəyişib.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *